Bazar ertəsi , May 6 2024
Ana səhifə / “Paxıllığımı çox çəkdilər, çalışdılar ki, alınmasın” – Namiq Qaraçuxurlu sərt danışdı (VİDEO)

“Paxıllığımı çox çəkdilər, çalışdılar ki, alınmasın” – Namiq Qaraçuxurlu sərt danışdı (VİDEO)

“Meyxanaçılar mənə əngəl olurdular”
“Klipi 300 manata çəkdik”
“Konsertdən 1 gün qabaq dedilər ki, gəlmirik”
ARB TV-nin “Gəlin danışaq” verilişinin qonağı olan meyxanaçı-müğənni Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.
Sevilən ifaçı “Rəvayət” klipindən danışıb:
“”Rəvayət” adlı klipimin ümumi büdcəsi heç 300 manat eləmirdi. Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu bir bariyer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik”.
Tanınmış meyxanaçı yaşadığı problemlərdən söz açıb:
“Problemlər yaşadıq. Qarşımızı çox aldılar. Paxıllığımızı çox çəkdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, gəlmirik biz. Hər vəchlə çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı”.

Həmçinin oxuyun

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş veribAzərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil …

Bir cavab yazın