Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Lizinq şirkətlərinin yarısı işləmir

Lizinq şirkətlərinin yarısı işləmir

Azərbaycanda indiyədək 30-dan çox lizinq şirkəti qeydiyatdan keçsə də, bunların yarıdan az hissəs real fəaliyyətlə məşğul olurlar. Bu barədə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) idarə heyətinin sədri Elçin Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda aparıcı lizinq şirkətinin sahibləri yerli banklar və kommersiya qurumları, eləcə də xarici şirkətlərdir. 2015-ci il tarixinə olan vəziyyətə görə onların lizinq portfelinin ümumi həcmi 340 mln. manat təşkil edib ki, bu da 2003-cü ilə nisbətən 90 dəfəyə qədər çoxdur. Ölkədə yük və sərnişin avtomobilləri, tikinti texnikası, tikinti materialları istehsalı və tibbi avadanlıqların lizinqi üzrə əqdlər üstünlük təşkil edir.
Bununla yanaşı, E.Əhmədov bildirib ki, Azərbaycanda lizinqin inkişafı üçün müəyyən zəmin olmasına baxmayaraq, kreditləşdirilmənin bu növü hələ də lazımi səviyyədə yayılmayıb və ölkənin maliyyə bazarının digər seqmentlərindən nəzərəçarpacaq dərəcədə geri qalır: «Bank və sahibkarlıq fəaliyyəti təcrübəsinin təhlili göstərir ki, lizinqə müraciət epizodik xarakter daşıyır və iqtisadi cəhətdən mühüm bir əhəmiyyətə malik deyil. Qeydə alınmış bütün lizinq şirkətlərinin yarısından azı real fəaliyyət göstərir».
Bunun nəticəsidir ki, Azərbaycanda ÜDM-də (0,55%) və əsas kapitala investisiyalarda (təxminən 1,9%) lizinqin payı müasir ölçülərə görə çox cüzidir. Halbuki, Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası tərəfindən aparılmış tədqiqata əsasən, ölkənin lizinq bazarının potensialı 2 milyard manat çərçivəsində qiymətləndirilir. Fins.az

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …

Bir cavab yazın