Çərşənbə , May 15 2024
Ana səhifə / Araşdırma / Anasıyla babasını öldürüb, ayaqlarını kəsdi – Rusiyada dəhşətli qətl

Anasıyla babasını öldürüb, ayaqlarını kəsdi – Rusiyada dəhşətli qətl

Rusiyanın paytaxtı Moskvada iki nəfəri amansızlıqla qətlə yetirən ruhi xəstə saxlanılıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, evlərdən birində 89 yaşlı kişi və 54 yaşlı qadın meyiti aşkarlanıb. Hər iki meyitdə bıçaq zərbələri aşkarlanıb, kişinin ayağı isə kəsilmiş olub.

İstintaq Komitəsindən bildirilib ki, evdə 29 yaşlı kişi də yaşayıb. Öldürülənlər onun babası və anası olub.

Bəzi məlumatlara görə, adı müəyyənləşdirilməyən həmin şəxs evi tərk edərkən öldürdüyü babası və anasının bədəninin bir hissəsini paketə qoyaraq özü ilə aparıb və atasının yaşadığı evə gedib. Böyük ehtimalla şübhəli atasını da öldürməyi planlaşdırıb. Lakin atası qapını açmayıb və polis çağırıb.

Digər məlumata görə isə, şübhəli cinayəti törətdikdən sonra evə qayıdarkən polislər tərəfindən ələ keçirilib.

Hazırda faktla bağlı cinayət işi açılıb.

 

 

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın