Çərşənbə , May 15 2024
Ana səhifə / Kriminal / Bağlanan üç bankın əmanətçilərinə ödəniləcək qalıq kompensasiyanın məbləği açıqlanıb

Bağlanan üç bankın əmanətçilərinə ödəniləcək qalıq kompensasiyanın məbləği açıqlanıb

Lisenziyası ləğv olunan “Texnikabank”, “Bank of Azerbaijan” və “Gəncəbank”ın 6 921 əmanətçisinə bu günə qədər Əmanətlərin Sığortalanması Fondu tərəfindən 144 mln. 87,910 min manat kompensasiya ödənilib.

“APA-Economics” xəbər verir ki, bunu fondun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bundan sonra ödəniləcək qalıq kompensasiya 4 mln. 416,767 min manat təşkil edir. Kompensasiya ödənilməmiş əmanətçilərin sayı isə 20 430 nəfərə bərabərdir.

Qeyd edək ki, lisenziyası ləğv olunan banklar üzrə ümumi kompensasiya öhdəliyinin həcmi 148 mln. 504,677 min manat, kompensasiya olunan əmanətçilərin sayı isə 27 351 nəfər təşkil edib.

Həmçinin oxuyun

Müsavat partiyasının fəalını iş yoldaşı öldürdü

İtkin düşmüş Natiq Mehdi Məhəmməd oğlunun itkin düşmüş polis daxil olmuş müraciet üzrə araşdırma aparılıb. …

Bir cavab yazın