Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Əvəz Qurbanlı baş redaktorluqdan getdi – Daha bir sayt bağlanır?   

Əvəz Qurbanlı baş redaktorluqdan getdi – Daha bir sayt bağlanır?   

“Bu gündən etibarən Bakuinfo.Az saytında fəaliyyətimi dayandırıram”.
Bunu Moderator.az-a açıqlamasında Bakuinfo.Az saytının baş redaktoru, şair və jurnalist Əvəz Qurbanlı deyib.
Ə.Qurbanlı qeyd edib ki, bu addımı atması hansısa anlaşılmazlıqdan və ya problemdən irəli gəlmir.
Sayt rəhbərliyindən getməsinin yeganə səbəbi, sərbəst xəbər istehsalı və yaradıcılıq məsələləri ilə bağlıdır:
“Hesab edirəm ki, Bakuinfo.Az-da çalışdığım 3 il yarım müddətində öz potensialımı kifayət qədər göstərə bilməmişəm. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən başlıcası, sərbəst xəbər təqdimatı ilə bağlı fəaliyyət göstərmək istəyimdir. Eyni zamanda, iş qrafikim gərgin olduğu üçün bədii yaradıcılıqla məşğul olmaq imkanım da məhdud idi. Bu amilləri nəzərə alaraq, qərara gəldim ki, saytdan getməyim yaxşıdır”.
Keçmiş baş redaktor saytdan getdikdən sonra Bakuinfo.Az-ın taleyinin necə olacağına aydınlıq gətirməyib: “Bu, artıq mənim səlahiyyətimdə olan məsələ deyil.”
Əvəz Qurbanlı bundan sonra da mətbuat sahəsində çalışacağını istisna etməyib: “Onlayn mediada fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Qismət olsa, yaxın vaxtlarda öz yeni media layihəmi ictimaiyyətə təqdim edəcəyəm”.

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …

Bir cavab yazın