Ana səhifə / Şou Biznes / Gömrük postunda əlillərlə əməkdaşlar arasında gərginlik yaranıb

Gömrük postunda əlillərlə əməkdaşlar arasında gərginlik yaranıb

Kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən bir qrup Azərbaycan vətəndaşı martın 2-si, saat 20 radələrində Gürcüstandan Azərbaycana kommersiya məqsədilə gətirdikləri meyvə-tərəvəz məhsullarını Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan hər hansı gömrük rüsumu ödəmədən keçirməyə cəhd göstərib.

Virtualaz.org Dövlət Gömrük Komitəsinin saytına istinadən bildirir ki, idarənin əməkdaşları qanunvericiliyin müvafiq tələbləri barədə ətraflı məlumat verərək onları qanunlara əməl etməyə çağırsalar da, həmin şəxslər əlilliklərindən istifadə edərək müxtəlif provokativ hərəkətlərə yol veriblər və asayişi pozmağa çalışıblar.

Lakin gömrük orqanı əməkdaşları soyuqqanlı davranaraq onların səsləndirdikləri bütün arqumentləri dinləyib və bir daha müvafiq qanunvericiliyin tələblərini izah ediblər. Nəticədə həmin şəxslərin gətirdikləri mallar müvafiq vergi və rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra rəsmiləşdirilərək sahiblərinə təhvil verilib.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın