Ana səhifə / İqtisadiyyat / Bu il Avropada qazın qiyməti nə qədər ucuzlaşıb?

Bu il Avropada qazın qiyməti nə qədər ucuzlaşıb?

Avropada qazın qiyməti birinci rübün sonunda 2023-cü ilin sonundakı səviyyələrlə müqayisədə 17% azalaraq 1 min kubmetr üçün təxminən 306 dollar təşkil edib. İllik ifadədə azalma 38% olub. 

Bunu London “ICE Futures” birjasının məlumatları sübut edir.

Dekabrda yanacağın orta qiyməti 1 min kubmetr üçün təxminən 408 dollar təşkil edib. Yanvarda bu rəqəm 337 dollara düşüb. Fevral ayında eniş 288 dollara qədər sürətlənib. Mart ayında qiymətlər cüzi düzəlişlər olub.

Enerjinin maya dəyərinin azalmasıl üçün əsas amillər bunlar olub: Avropada isti hava, qaz anbarlarının çox olması və regionda qaza tələbatın azalması.

Avropa İttifaqı bu istilik mövsümünü anbarlardakı qaz ehtiyatlarına görə yeni rekordla başa vura bilər. İlkin hesablamalara görə, aprelin əvvəlinə anbarlar təxminən 58,2% dolu olacaq.

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …