Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Nəqliyyat xərclərinin artması Azərbaycan bazarına təsir edəcəkmi? – VİDEO

Nəqliyyat xərclərinin artması Azərbaycan bazarına təsir edəcəkmi? – VİDEO

Çindən Aralıq dənizinə konteyner göndərilməsinin dəyəri 44 faiz artıb. Bu artım isə Şərq ölkələrindən Avropaya gələn məhsulların bahalaşmasında özünü göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan da eyni zamanda Çin və digər şərq ölkələrindən məhsullar idxal edir. Təkcə Çinin Azərbaycanla ticarət dövriyyəsi bir milyard dollardan çoxdur. Xüsusilə bu ölkədən avtomobil, mebel, toxuculuq və plastik mallar daha çox idxal edilir. Nəqliyyat xərclərinin artması Avropada olduğu kimi Azərbaycan bazarına da təsir edə bilərmi?

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, tranzit marşrutları artıq dəyişib:

“Azərbaycan burada əsas marşrutların üzərində yerləşir. Bu isə Azərbaycanın tranzit ölkə olaraq  iqtisadi baxımdan strateji əhəmiyyətini birmənalı olaraq artıracaq”.

Qeyd edək ki, yeni Şimal-Cənub dəhlizi Azərbaycandan keçməklə yüklərin çatdırılma müddətini bir ay azaldır.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …