Ana səhifə / Manşet / Məmmədrəfi də, Səfər Əbiyev də eyni əməllərlə məşğul olurdu – VİDEO

Məmmədrəfi də, Səfər Əbiyev də eyni əməllərlə məşğul olurdu – VİDEO

“BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı sabiq maliyyə naziri Fikrət Yusifov olub.

F.Yusifovla devalvasiya ilə bağlı gəzən şayiələr, Mərkəzi Bankın açıqlaması, köhnə buraxılışlı dollar əskinasları ilə bağlı narahatçılıqlar müzakirə olunub.

Müsahibədə həmçinin Azərbaycan hökumətinin manatı “üzməyə” qoymaması, lakin qiymət artımına tolerant yanaşmasının səbəbləri barədə söhbət aparılıb.

F.Yusifov iqtisadiyyata birbaşa xarici investisiyaların azalması, daxili dövlət borclanmasının kəskin şəkildə artması, Maliyyə Nazirliyinin yüksək faizlə daxili borc yığması, daha aşağı faizlə xarici borcları ödəməsinə münasibət bildirib.

Söhbət zamanı Mərkəzi Bankın faiz qərarlarının hələ də ölkədə kredit və depozit faizlərinə təsir etməməsi, kredit ayrılan zaman komissiya haqqı, nağdlaşma vergisi və digər xidmət haqlarını müştərinin balansından çıxması kimi vətəndaşları narahat edən məsələlərə münasibət bildirilib.

Sabiq nazir hazırda Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı 15 il bundan əvvəl çaldığı “həyacan təbili”ndən, sabiq müdafiə naziri Səfər Əbiyevlə Müdafiə Nazirliyindəki maliyyə pozuntuları səbəbindən çəkişmələrindən, məhz bu problemi qaldırdığı üçün nazir postu ilə vidalaşmasından söhbət açıb.

F.Yusifov illər əvvəl dövlət çevrilişinə cəhddə birgə ittiham olunduğu sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanovla hazırkı münasibətlərindən də bəhs edib.

Həmçinin oxuyun

Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı sürətlə artır

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 148 min 793 nəfərə yaşa görə …