Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanıldı

Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanıldı

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib. APA

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …