Bazar ertəsi , May 20 2024
Ana səhifə / Bölgələr / 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qız DANIŞDI

32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qız DANIŞDI

Sabirabadın Məmişli kəndində 32 yaşlı kişi ilə nişanlandırılan 12 yaşlı qızcığaz danışıb.

Bu barədə görüntülər Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yayımlanıb.

12 yaşlı qız verilişin aparıcısı Lalə Azərtaşa bildirib ki, nişanlandığı şəxsi yaxşı biri kimi tanıyır və beş il sonra toyları olacaq.

L.Azərtaşın qızcığaza ünvanladığı “beş il sonra Kərimin 37 yaşı olacaq. Bəs onda necə?” sualına o, “yaxşı olacaq” deyə cavab verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Rayon İcra Hakimiyyəti 12 yaşda məcburi nişanlandırılan qızı nəzarətə götürüb.

Xatırladaq ki, bir neçə gün öncə 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb. Ailəsi əvvəlcə, övladının nişanı olduğunu danıb və görüntülərin qızın ad günündə lentə alındığını bildiriliblər. 

Həmçinin oxuyun

Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Açıqlama

“İki gün öncə məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində 150-dək şagirdin təhsil …