Ana səhifə / Media / Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

Azərbaycanda jurnalistlərin saxlanılmasına – ABŞ-dən reaksiya

“Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı son tendensiya dərin narahatlıq doğurur”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi ənənəvi brifinqdə deyib.
“Biz Azərbaycan hökumətini hər kəsin, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – M. Miller bildirib.
O bildirib ki, ABŞ bu məsələni dəfələrlə Azərbaycan hökuməti ilə müzakirə edib.
Qeyd edək ki, Azərbaycanda son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb və o, noyabrın 20-dən etibarən Azərbaycanda saxlanılan 7-ci KİV nümayəndəsi olub.

Həmçinin oxuyun

Deputat “KVN”-çi televiziya rəhbərlərini tənqid etdi: Murad və Vado kimilər…

Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib. Millət vəkili öz Facebook …