Ana səhifə / İdman / İki güləşçimiz dünya çempionu oldu

İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.

Belə ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.

Həmçinin oxuyun

Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb. Karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox …