Şənbə , May 18 2024
Ana səhifə / İdman / Terim fantastik təklifi qəbul etdi

Terim fantastik təklifi qəbul etdi

“Qalatasaray”ın əfsanəsi Fatih Terimlə bağlı maraqlı iddia irəli sürülüb.

Türkiyənin “Millet” qəzeti xəbər verir ki, Fatih Terimin Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə anlaşdığı bildirilir.

Məlumata görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəlib. Terimin illik 20 milyon avro məvacib alacağı qeyd edilib.

Qeyd edək ki, transfer dövründə “Əl-Əhli” rəhbərliyi Edouard Mendi, Riyad Mahrez, Allan Saint-Maximin, Frank Kessie, Roger İbanez, Merih Demiral və Qabri transferi üçün təxminən 200 milyon avro xərcləyib.//Metbuat.az

Həmçinin oxuyun

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib. İdman.biz xəbər verir ki, …