Ana səhifə / Manşet / TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü – 1,2 milyon manata

TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü – 1,2 milyon manata

“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Bir mənbədən) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.
Ekonoinfo.az xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 10 ay müddətinə (06.10.2023-11.08.2023) anbar sahəsini icarəyə verəcək.
Qeyd olunan anbar sahəsinin icarəsi “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.
Qeyd edək ki, 2 il əvvəl Cavanşir Orxan eyni məbləğə (1 milyon 176 min manata) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə (09.08.2021-09.08.2022) ofis və anbar kompleksi icarəyə verib.
Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.
Xatıraldaq ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin – həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Cavanşir və qardaşı oğlu Elman Cavanşirin adı Böyük Britaniyada “çirkli pulların” yuyulmasında hallanıb.
Belə ki, 2021-ci ildə Britaniyada Cinayətkarlıqla Mübarizə Agentliyi ailənin bank hesablarında olan 15 milyon funt-sterlinqi (o zamankı məzənnə ilə 34,7 milyon manat) “çirkli pul” sayıb. Daha sonra məhkəmə prosesi keçirilib və Britaniya məhkəməsi 5,6 milyon funt-strelinq məbləğində vəsaitin mənbəyini şübhəli hesab etdiyi üçün müsadirə edib.
Müsadirə edilən vəsaitin 4,4 milyon funt-sterlinqi Pərvanə Feyziyevanın, 1 milyon funt-sterlinqi Orxan Cavanşirin, 240 min funt-sterlinqi isə Elman Cavanşirin hesabından müsadirə edilib.

Həmçinin oxuyun

Xaricdə ucuz telefonları Azərbaycanda bahalaşdıran yüksək gömrük və qeydiyyat rüsumu

“Vergi rüsumlarını bilərəkdən artırıblar ki, vətəndaşlar xaricdən telefon gətirməsinlər” Vətəndaş Fərid Hüseynov xaricdən Azərbaycana şəxsi …