Ana səhifə / Media / İlham Mirzəyevə görə “Space”ə xəbərdarlıq edildi

İlham Mirzəyevə görə “Space”ə xəbərdarlıq edildi

Oktyabrın 9-da Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib.
Bu barədə Şuranın yaydığı məlumatda deyilir.
Bildirilib ki, iclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata keçirdiyi monitorinq nəticəsində “Space TV”-nin efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub:
“Belə ki, “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 04 oktyabr 2023-cü il tarixində “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12.19-da) proqramın aparıcısı (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “… cinayətkardır…” ifadəsini işlədib ki, bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib”.

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …