Ana səhifə / Media / “Qarabağ doğma limanına qayıdıb” – Qordon

“Qarabağ doğma limanına qayıdıb” – Qordon

Məşhur ukraynalı jurnalist Dmitri Qordon teleaparıcı Vasili Qolovanovla söhbətində Qarabağdan danışıb.
Bakupost.az xəbər verir ki, jurnalist Qarabağın azad edilməsinin Ukrayna, Gürcüstan və Moldava üçün ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Qarabağ suveren Azərbaycanın ərazisidir, Cənubi Osetiya və Abxaziya suveren Gürcüstanın ərazisidir, Dnestryanı suveren Moldovanın ərazisidir, Krım və Donbass suveren Ukraynanın ərazisidir. Bu qədər!Burada müzakirə olunacaq heç nə yoxdur. Burada hər şey aydındır. Qarabağın otuz illik qarşıdurma tarixindən sonra öz doğma limanına qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir. Bu o deməkdir ki, ədalət zəfər çalır, beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlər müqəddəsdir”, – deyə Dmitri Qordon bildirib.

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …