Çərşənbə , May 29 2024
Ana səhifə / Bölgələr / Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib – VİDEO

Vəndam qəsəbəsində elektrik xətləri təhlükə mənbəyinə çevrilib – VİDEO

Qəbələnin Vəndam qəsəbəsində elektrik xətləri yararsız vəziyyətdə olduğundan 200-dən çox ailəni elektirik enerjisi ilə tam təmin edə bilmir.

Sakinlər deyirlər ki, elektrik avadanlıqlarından da istifadə edə bilmirlər.

Hətta işıq dirəklərinin bəzilərinin sıradan çıxması da  təhlükə mənbəyidir.

Qəbələ Elektrik şəbəkəsinin mühəndisi Gümrah Aydəmirov bildirib ki, qəsəbənin 80 faizi, yəni 2700 dən çox abonentin yaşadığı ərazidə yenidənqurma işləri başa çatıb. Sözügedən ərazi qəsəbənin ən son yaşayış məntəqəsidir ki, hazırda orada iş davam edir. Təkcə son həftədə 40-dan çox dirək basdırılıb.

“Ərazidə gərginliyin normalaşdırılması üçün transformatorun da qoyulması nəzərdə tutulub”,- deyə Qəbələ Elektrik şəbəkəsinin mühəndisi vurğulayıb.

Həmçinin oxuyun

Gəncə sakini: “Beləcə, burada çürüyürəm”

Gəncə sakini Cənnət Həsənova Meydan TV-yə deyir ki, illərdir sağlamlığında ciddi problemlər var, müxtəlif xəstəliklərdən …