Ana səhifə / Kriminal / Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

Vidadi Muradovun müsadirə olunmuş şirkəti ilə bağlı qərar qəbul ediildi

Bakı Kommersiya Məhkəməsində “Xalq Bank” ASC-nin “Azər İlmə” MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevamın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

Xatırlatma: “Xalq Bank” ASC “Azər İlmə” MMC-ni məhkəməyə verərək kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. Cavabdeh qismində Muradova Rahilə Cəbrayıl qızı və Muradov Aydın Vidadio oğlu göstərilir.

Qeyd: “Azər İlmə” MMC şirkəti “Azərxalça”nın sabiq sədri, ev dustaqlığında ölən Vidadi Muradova məxsus olub. 11 milyon dəyərində olan şirkət keçmiş sədr həbs edilən zaman müsadirə olunmuşdu.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …