Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Sürücüləri çaşdıran bu zolaqlara sahib çıxan yoxdur – Video

Sürücüləri çaşdıran bu zolaqlara sahib çıxan yoxdur – Video

Formula-1 yarışlarından sonra sürücülər paytaxtın mərkəzi küçə və prospektlərində çəkilən yol nişanlarına zidd olan bəzi zolaqların qalmasından narazıdır. Onlar hesab edir ki, bu hərəkətin təhlükəsizliyinə ziddir.

Baş Dövlət Yol Polisi İdarəsi məsələnin Bakı Nəqliyyat Agentliyininin müdaxiləsi ilə həll edilməli olduğunu bildirib.

Bakı Nəqliyyat Agentliyindən isə qeyd olunub ki, sürücülər arasında çaşqınlıq yaradan ağ zolağın silinməsi ilə bağlı qərarı “Formula-1” təşkilat komitəsi verməlidir.

Təşkilat komitəsi isə bununla bağlı məsuliyyət daşımadığını deyib. Beləliklə, çaşqınlığa səbəb olan zolağa sahib çıxan tapılmayıb.

Ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək”

“Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi inşa etməyi planlaşdırır”. “Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, …