Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Kasko sığorta neçəyədir və nə qədər olmalıdr? – VİDEO

Kasko sığorta neçəyədir və nə qədər olmalıdr? – VİDEO

Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bəs bu növ sığortanın qiyməti neçəyədir və nə qədər olmalıdr?

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, son vaxtlar bir çox sürücülər özlərini riskdən daha çox sığortalamaq üçün kasko sığortaya müraciət edirlər. Amma bu sığorta növü könüllü məhsul hesab olunduğundan onun maddələri qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir.

Ekspert tövsiyə edir ki, bu növ sığorta almaq istəyənlər birbaşa deyil, sığorta agentlərinə müraciət etsinlər. Avtomobil sahibləri bütün detalları həmin agentlər ilə dəqiqləşdirdikdən sonra sığorta məhsulunu alsınlar.

Vətəndaşların agentlərdən sığorta müqaviləsinin müddəalarının açıqlanmasını tələb etmək hüququ var. Bu gələcəkdə vətəndaşlarla sığorta şirkətləri arasında problemlərin baş verməməsi üçün vacib addımdır. Azadolma məbləği, avtomobilin bazar dəyərinin dəqiqləşdirilməsi mütləqdir. Çünkü gələcəkdə baş verə biləcək hadisəyə həmin müqavilənin şərtlərinə uyğun qiymət verilir.

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …