Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / İdman / Cüdoçularımız Avropa Kuboku turnirində 4 medal qazandılar

Cüdoçularımız Avropa Kuboku turnirində 4 medal qazandılar

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.

Belə ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.

Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.

Həmçinin oxuyun

Cüdoçumuz dünya çempionu olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi …