Ana səhifə / Siyasət / “Nərimanov Azərbaycanın şərəf və namusunu ləkələyən “müqavilələr” imzaladı”

“Nərimanov Azərbaycanın şərəf və namusunu ləkələyən “müqavilələr” imzaladı”

“Nərimanovun tarixi roluna münasibət dostlarımızın nə qədər istiqlalçı, nə qədər demokrat, nə qədər sorğulama qabiliyyətinə malik və həqqaniyət tərəfdarı olduğunun – ən önəmlisi, tarix şüurunun hansı səviyyədə olmasının göstəricisidir”.

Bunu keçmiş millət vəkili, tarixçi Nəsib Nəsibli sosial şəbəkədə yazıb. O, Nəriman Nərimanovla bağlı gündəmdə olan müzakirələrə qısa münasibətini bildirib.

Bu müzakirələrə cavab olaraq N. Nəsibli Məmməd Əmin Rəsulzadənin Nərimanov şəxsiyyətini xarakterizə edən fikrini oxucuların diqqətinə çatdırmaqla mövqeyini ifadə edib.  Eyni zamanda 32 il əvvəl – 26.07.1991-ci ildə “Azadlıq” qəzetində dərc olunmuş “Nərimanov: Sönməyən ulduz, yoxsa bütün sonu?” başlıqlı məqaləsini də paylaşıb.

M. Rəsulzadə isə Nərimanov haqda aşağıdakıları yazmışdı:

“Nəriman Azərbaycanın bütün fəlakətlərində iştirak etdi. Onminlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini Moskvaya hədiyyə elədi. Azərbaycanın şərəf, namus və heysiyyətini ləkələyən saysız “müqavilələr” imzaladı. Və bunları edərkən “əzab çəkdiyini” söylədi. Fəqət istefa vermədi. Çünki xəstə idi. Mövqe, sandalya xəstəsi idi”.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …