Ana səhifə / İqtisadiyyat / Azərbaycan buğdaya olan tələbatın yarısını idxal etməyə məcburdur…

Azərbaycan buğdaya olan tələbatın yarısını idxal etməyə məcburdur…

Ötən il Azərbaycanda 3 milyon 161,3 min ton dənlilər və dənli paxlalı bitkilər istehsal olunub və bunun 1 milyon 736,1 min tonunu buğda təşkil edib.
Buğda istehsalı əvvəlki illə müqayisədə 7,9% azalıb.
Əvvəlki illə müqayisədə ötən il buğda yığımında məhsuldarlıq da aşağı düşüb. 2021-ci ildə hər hektardan 32,9 sentner buğda yığıldığı halda, ötən il 31,9 sentner yığılıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda buğdaya tələbat təxminən 3,6 milyon tondur. Bunun təxminən 2,1 milyon tonu qida məhsullarının (əsasən un və yarma) istehsalına sərf olunur.
Rəqəmlərdən də göründüyü kimi, istehsal olunan buğda əvvəlki illərdə olduğu kimi bu il də daxili tələbatı ödəməyəcək.

Həmçinin oxuyun

İqtisadiyyatda şəffaflaşma davam etməlidir – TƏHLİL

İqtisadiyyatımızda şəffaflaşma prosesi genişləndikcə əmək müqavilələrinin, aktiv vergi ödəyicilərinin sayı getdikcə artır. Bu isə avtomatik …