Ana səhifə / Kriminal / Bakı-Böyük Kəsik dəmir yolunun təmiri 2017-ci ildə başa çatacaq

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri 2017-ci ildə başa çatacaq

“Hazırda dövlət başçısının sərəncamı əsasında təsdiq edilən proqram çərçivəsində bu gün Bakı-Böyük Kəsik dəmir yolunda təmir işləri davam etdirilir”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu günə qədər Bakı-Böyük Kəsik dəmir yolu marşrutu üzrə təxminən 500 km yol təmir edilib: “Bakıdan Böyük Kəsiyə qədər olan məsafə bildiyiniz kimi 1 000 km-dir. Bu yollarda sürətin artırılmasına ehtiyac var. Bu istiqamət üzrə dəmiryolunun təmirinin başa çatdırılması 2017-ci ilin sonlarına planlaşdırılıb”.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …

Bir cavab yazın