Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / DTX sıralarında xidmət edən Vətən Müharibəsi Qəhrəmanlarının SAYI MƏLUM OLDU

DTX sıralarında xidmət edən Vətən Müharibəsi Qəhrəmanlarının SAYI MƏLUM OLDU

“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı var. Belə ki, Vətən müharibəsi başlandığı ilk gündən etibarən DTX-nın şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələri qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib:

“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapir”.

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …