Ana səhifə / Aktual / Ölkəyə qanunsuz 3 mindən çox balıq torunun gətirilməsinin qarşısı alındı – FOTO

Ölkəyə qanunsuz 3 mindən çox balıq torunun gətirilməsinin qarşısı alındı – FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.

Bu barədə Moderator.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb. Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Qəza yerindən gələn məlumatlar narahatlıq doğurur”

“İran Prezidenti İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü qatı duman içində …