Çərşənbə , May 15 2024
Ana səhifə / Media / Bakıda belə kolbasalar satan şirkət əməkdaşları tutuldu (VİDEO, FOTO)

Bakıda belə kolbasalar satan şirkət əməkdaşları tutuldu (VİDEO, FOTO)

Respublikanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 
Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri – “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.













Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …

Bir cavab yazın