Ana səhifə / Aktual / Pivə əvəzinə benzin içib – Öldü

Pivə əvəzinə benzin içib – Öldü

Dünən Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəsəbə sakini pivə “butulka”sındakı mayeni pivə sanıb. Belə ki, aprelin 26-da rayonun Hindarx qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın