Ana səhifə / Nura Suri jurnalistlərə qəzəbləndi: “Sərhədləri keçirsiz artıq”

Nura Suri jurnalistlərə qəzəbləndi: “Sərhədləri keçirsiz artıq”

Jurnalistlər müğənni Nura Surini qəzəbləndirib. Belə ki, bəzi jurnalistlərin müğənninin sosial şəbəkədə səsləndirdiyi fikirləri dövlətə qarşı addım kimi qiymətləndirməsi onu özündən çıxardıb.

Azinforum.az  xəbər verir ki, Nura Suri bu barədə öz Facebook səhfəsində yazıb:
“Səhifəmdə yatib qalan bəzi insanlara ünvanlayıram bu statusu.

Vətənimi, dövlətimizi, hakimiyyəti sevən və dəstəkləyən insanam! Valideynlərim və övladlarım da həmçinin. Vətən uğrunda döyüşən, qan tökən insanların tərbiyəsini almışam. Mənim statuslarımı başqa yönə yozmaq istəyənlər özlərini yığışdırsınlar. Yumor və sarkazmla yazılan statuslarıma ciddi başlıqlar yazıb, oxunma sayını artırmaq istəyinizi başa düşməyə çalışıram. Amma sərhədləri keçirsiz artıq . Hər hansı bir hadisəyə münasibət bildirmək dövlətə qarşı addım kimi qiymətləndirilə bilməz. Hamı münasibət bildirir. Mən də bu ölkənin vətəndaşı kimi öz fikrimi bölüşürəm .

Demokratik dövlətdə yaşayırıq . Sözümüz ünvanına çatır və əyri-əskiklər həllin tapır əksər hallarda.

Sərf etməz bəzi “jurnalistlərə” bunu xəbər etmək”.

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …

Bir cavab yazın