Çərşənbə , May 15 2024
Ana səhifə / Sosial / Külək əsəcək, yağış yağacaq – PROQNOZ

Külək əsəcək, yağış yağacaq – PROQNOZ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 07-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 6-sı axşam, 7-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 5-i günün ikinci yarısından 7-si gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

“Starex” niyə müştərilərdən nağd ödənişləri qəbul etmir?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı karqo şirkətlərindən biri …