Ana səhifə / Siyasət / Fəzail Ağamalı kliniki ölüm keçirib

Fəzail Ağamalı kliniki ölüm keçirib

Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.

F.Ağamalı bu barədə REAL TV-nin “Göstərir radio” verilişində bildirib.

“Mən 55 yaşınadək dərman içməmişəm. Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm. Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər…”.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …