Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / Jirinovski Rusiyanın əməkdar artistinə “yavaş ölüm” arzuladı

Jirinovski Rusiyanın əməkdar artistinə “yavaş ölüm” arzuladı

Rusiyanın millətçi Liberal-demokrat partiyasının lideri Vladirmir Jirinovski ölkənin əməkdar artisti Mariya Şukşinaya “koonavirusdan “yavaş-yavaş ölməsini” arzulayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu sözləri Rusiyanın NTV kanalına verdiyi müsahibədə sərf edib.

Jirinovskini qəzəbləndirən Mariya Şukşinanın “COVİD-19” əleyhinə hazırlanan peyvəndlərə qarşı çıxış etməsi olub. Kino ulduzu deyib ki, peyvənddən sonra koronavirusa yoluxma halları azalmaq əvəzinə daha da artıb.

“Əgər peyvənd olunmaq istəmirsənsə, get evində otur və öl”,-deyə radikal siyasətçi bildirib. Jirinovskinin fikrincə, Rusiyanın əməkdar artisti “iyrənc hərəkətlər edir” və “destruktiv fəaliyyətlə” məşğuldur.

Qeyd etmək lazımdır ki, bundan öncə Dövlət Dumasının Səhiyyə komitəsinin sədri, həkim Dmitri Xubezov da Şukşinanı kəskin şəkildə qınayan çıxış edib. O, əməkdar artistin sözlərini axmaqlıq və cəfəngiyyat adlandırıb.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …