Ana səhifə / Sosial / Bu il Azərbaycanda 2104 əkiz, 60 üçəm, 4 dördəm doğulub

Bu il Azərbaycanda 2104 əkiz, 60 üçəm, 4 dördəm doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 82 928 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5 faiz, qızların xüsusi çəkisi isə 46,5 faiz olub.

Körpələrdən 2104-ü əkiz, 60-ı üçəm, 4-ü isə dördəm doğulanlardır.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …