Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA

Baş Porkurorluq Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun məhkəməsindən sonra mediaya verilən açıqlamaya münasibət bildirib.

Mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb: “Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.
Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyil.

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir”.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …