Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Hikmət Mirzəyev veteranlarla görüşdü – VİDEO

Hikmət Mirzəyev veteranlarla görüşdü – VİDEO

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsüsi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb. Anım mərasimində Xüsüsi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …