Ana səhifə / Sosial / Siyasi partiyaların yerləşdiyi binanın həyəti abadlaşdırıldı

Siyasi partiyaların yerləşdiyi binanın həyəti abadlaşdırıldı

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri siyasi partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.
Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq salınır, təmizlik işləri aparılır.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …