Ana səhifə / Kriminal / Yeni Klinikanın kompüterləri oğurlandı – VİDEO

Yeni Klinikanın kompüterləri oğurlandı – VİDEO

Dünən Yeni Klinikada oğurluq hadisəsi baş verib.

Belə ki, hadisə nəticəsində tibb müəssisəsindən 3 ədəd televizor, həmçinin 3 kompüter oğurlanıb.

Bununla bağlı olaraq Klinikanın rəhbəri vəzifəsini icra edən Musa Abbasov polisə müraciət edib.

O, müraciətində bildirib ki, oğurluq edən şəxslər Klinikanın fəhlələridir. Belə ki, müəssisədə fəhlə kimi çalışan – Sabir Mehdiyev, Fərhad Şabani və Azər Abdulzadə adlı şəxslər klinikanın avadanlıqlarını oğurlayıblar.

Qeyd edək ki, yeni klinika ötən ilin mart ayında fəaliyyətə başlayıb. Bu müəssisədə koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alırlar.

Həmçinin oxuyun

Son bir ildə Azərbaycanda 9,5 min nəfərə inzibati həbs cəzası verilib

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb və bu 2022-ci …