Çərşənbə , May 15 2024
Ana səhifə / Bölgələr / Prezidentə müraciət: “Lerik kəndlərinin 50 faizi hələ də qazlaşdırılmayıb”

Prezidentə müraciət: “Lerik kəndlərinin 50 faizi hələ də qazlaşdırılmayıb”

İqtisad üzrə fəlsəfə doktoru, Firdovsi Şahbazov Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: “Cənab Prezident! Sizin göstərişinizlə 2006-cı ildə Lerik rayonuna təbii qazın verilməsi təmin olundu. Lerik rayonuna göstərdiyiniz bu qayğıya görə biz leriklilər hər zaman Sizə minnətdarlıqlarımızı ifadə edirik.

Lerik şəhərinə təbii qazın verilməsindən 15 il vaxt keçməsinə baxmayaraq hələ də kəndlərin heç 50 faizi qazlaşdırılmamışdır.

Cənab Prezident! Təbii qazın olmamasına görə Lerikin meşələri kütləvi şəkildə sürətlə qırılmaqdadır. Ona görə Lerikin kəndlərinə təbii qazın verilməsi problemi artıq Lerikin sosial-iqtisadi problemi səviyyəsindən çıxaraq ölkəmizin ekoloji təhlükəsizlik problemi səviyyəsinə qalxmışdır. Bu baxımdan Lerik və bir növ həm də ölkəmiz ekoloji fəlakət astanasındadır. Həyacan siqnalının çalınmasının vaxtı çoxdan çatmışdır. Təəssüflər olsun ki, aidiyyatı orqanlar uzun illər ərzində onlara ünvanlanan çoxsaylı müraciətlərə baxmayaraq problemə səhlənkar münasibət sərgiləməkdə davam edirlər.

Cənab Prezident! Biz leriklilər necə ki, zamanında Lerikə qaz xəttinin çəkilməsi üçün ancaq Sizin göstərişinizə ümid edirdik, indi də Lerikin kəndlərinin sürətlə qazlaşdırılması probleminin həllində ancaq və ancaq Sizin göstərişinizə ümid edir və inanırıq”.

Azinforum.az

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …