Ana səhifə / Aktual / Putin Baydenlə “Villa La Grange”da görüşəcək

Putin Baydenlə “Villa La Grange”da görüşəcək

Rusiya və Amerika liderləri Vladimir Putinlə Co Baydenin görüşü Cenevrədəki “Villa La Grange”da keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məşhur “Villa La Grange” prezidentlər Bayden və Putini 16 iyunda qəbul edəcək. İsveçrəni seçməklə göstərdikləri etimada görə hər iki ölkəyə təşəkkür edirik”, – açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da keçiriləcək. Görüşü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …