Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Deputatın qardaşı qızı direktor təyin edildi – Qalmaqallı məktəbə

Deputatın qardaşı qızı direktor təyin edildi – Qalmaqallı məktəbə

Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbinə yeni direktor təyin edilib.

Azinforum.az xəbər verir ki, Gün.Az-ın əldə etdiyi məlumata görə, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır.

O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb.

S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib.

Qeyd edək ki, xeyli müddət idi 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …

Bir cavab yazın