Ana səhifə / Araşdırma / Azad edilmiş ərazilərdə partlamamış hərbi sursatlar və minalar aşkarlandı

Azad edilmiş ərazilərdə partlamamış hərbi sursatlar və minalar aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, mayın 10-dan 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 5 mina və 24 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 395 186 kvadratmetr (139.5 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …