Çərşənbə , May 15 2024
Ana səhifə / Dünya / Baydenin dövründə varlı amerikalıların sərvəti 195 milyard dollar artıb

Baydenin dövründə varlı amerikalıların sərvəti 195 milyard dollar artıb

ABŞ dövlət başçısı Co Baydenin prezidentlik dövrünün ilk 100 günündə Amerikanın 100 ən varlı adamının varidatı 195 milyard ABŞ dolları artıb.

“Report”un məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

ABŞ-ın 100 ən varlısının sərvəti 20 yanvardan 30 aprelə qədər 195 milyard ABŞ dolları artaraq 2,9 trilyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, ABŞ-ın ən aşağı gəlirli vətəndaşlarının yarısının ümumi sərvəti cəmi 2,5 trilyon ABŞ dollarıdır.

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …