Çərşənbə , May 15 2024
Ana səhifə / Bölgələr / Qiyaslı məscidində uzun illərdən sonra azan oxundu

Qiyaslı məscidində uzun illərdən sonra azan oxundu

Ağdama səfər edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini icma rəhbərləri Qiyaslı məscidində olublar.

Səfər zamanı məsciddə uzun illərdən sonra azan oxunub, dualar edilib.

Qeyd olunub ki, ermənilər buradan ferma kimi istifadə edib, mal-qara, donuz saxlayıblar. Onlar Ağdamdan çıxan zaman məscidi yandırıblar.

Qeyd edək ki, Ağdama səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edirlər.

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …