Ana səhifə / Bölgələr / Şabranda hasar uşaqların üzərinə aşdı – Ölən var

Şabranda hasar uşaqların üzərinə aşdı – Ölən var

Şabran rayonunda yaşayış olmayan evin hasarı məhəllədə oyun oynayan uşaqların üzərinə aşıb,

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.

Nəticədə 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …