Çərşənbə , May 15 2024
Ana səhifə / Müsahibə / Qarabağda döyüşlər yenidən qızışır – 5 erməni öldürüldü

Qarabağda döyüşlər yenidən qızışır – 5 erməni öldürüldü

Aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib.

Müdafiə Nazirliyindən Azinforum.az-a verilən məlumata görə, qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaqdır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Həmçinin oxuyun

Razılaşmanın detalları bəlli oldu: Bu ərazilər dəyişdiriləcək

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Zərdüşt bəy, noyabr ayına qədər …

Bir cavab yazın