Çərşənbə , May 29 2024
Ana səhifə / Siyasət / “Nə günə qaldıq? İndi də savadsız deputatlarla mübarizə aparacağıq” -Məlahət Abbasova

“Nə günə qaldıq? İndi də savadsız deputatlarla mübarizə aparacağıq” -Məlahət Abbasova

Gəncədən yeni deputat seçilən 32 yaşlı Naqif Həmzəyevin Şərqdə ilk cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəni təhqir edən ifadələr işlətməsinə münasibət bildirib.
Moderator.az xəbər verir ki, aktrisa sosial şəbəkədə yeni deputata iradını bildirib. O qeyd edib ki, Naqif Həmzəyev xalqdan üzr istəməlidir:
“Nə günə qaldıq? İndi də savadsız deputatlarla mübarizə aparacağıq. Deməli, bu savadsız deputatımız prezidentimizin də dəstəyi ilə həm Azərbaycanda, həm də bütün dünyada  azərbaycanlıların toplaşaraq qeyd etdiyi 28 May Respublika Gününü də qəbul etmir? Bütün ailəsini bu yolda faciəvi şəkildə itirən tarixi şəxsiyyətə “vətən xaini” demək olar? Adama deyərlər ki, sən kimsən? Hansı biliyinlə, təcrübənlə bu xalqın millət vəkilliyini edəcəksən? İnşallah, prezidentimizdən layiqi cavabı alar. Məncə, deputatlıq vəsiqəsi geri alınsın, yoxsa  belə savadsızlar sabah bu ölkənin başına bəla olar və hazırki dövləti də inkar edərlər.
 Başda prezidentimiz olmaqla bütün Azərbaycan dövlətindən, xalqından, dünya azərbaycanlılarından üzr istəsin”.

Həmçinin oxuyun

Avropa İttifaqı Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb

Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə çağırıb. …

Bir cavab yazın