Çərşənbə , May 15 2024
Ana səhifə / Bölgələr / Dövlət idarələrinin Qusara istirahətə gedən əməkdaşları cərimələndi — FOTOLAR

Dövlət idarələrinin Qusara istirahətə gedən əməkdaşları cərimələndi — FOTOLAR

Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn şəxslərə qarşı reydlər davam etdirilir .


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.


Belə ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.


Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …