Çərşənbə , May 15 2024
Ana səhifə / Şou Biznes / “Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır, bizim heç həyət evimiz yoxdur”

“Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır, bizim heç həyət evimiz yoxdur”

“Birlikdə ev almısınız. Gülyaz görüb ki, Gülyanaq ildə bir dəfə ana olur, onun oğluna heç nə düşməyəcək, gedib başqa ev alıb”.
Axşam.az xəbər verir ki, bu sözləri şairə-aparıcı Nazilə Səfərli “Ona qalsa” proqramına qonaq olan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaya deyib. O, bacıların villa aldığını söyləyib.
Gülyaz Məmmədova isə bağ evləri olmadığını açıqlayıb:
“Kim olanını danar? Təki olardı. Şayiələr çoxdur. Deyirlər, Şamaxıda, Qubada, Biləcəridə, Sulutəpədə evimiz var. Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır. Bizim heç həyət evimiz yoxdur. Kənddə valideynlərimin yurdudur.
Vaxtında gərək o şəraiti qurardıq. İndi uşaqlarımızı istəyəndə bir həyət evinə aparardıq. Yalandan sinəmizə vuraq ki bizim bu evimiz var? Şişirtmək olmaz.
Hərəmizin bir dənə üçotaq evi var. Bir də prezitentin bizə bağışladığı ev var. O da aralıdadır. Mən köçdüm, amma Gülyazdan ayrı qala bilmədim qayıtdım”.
Gülyaz isə “Danmırıq, nə qazanmışıq nəslimizlə paylaşmışıq. Onların da gözəl yaşamağı bizim üçündür. İndiyənə qədər özümüzü düşünsəydik həyət evimiz olardı” sözlərini əlavə edib.

Həmçinin oxuyun

“Bakıdakı bütün evlər mənimdir” – Mahsun Qırmızıgül

Türkiyəli müğənni Mahsun Qırmızıgül Azərbaycana gəlib.  Axşam.az xəbər verir ki, sənətçi hava limanında junralistlərin “Bakıdan …