Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Tərtərdə bıçaqlanan polis sahə rəisi reanimasiyaya yerləşdirildi – RƏSMİ AÇIQLAMA

Tərtərdə bıçaqlanan polis sahə rəisi reanimasiyaya yerləşdirildi – RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Tərtərdə polis əməkdaşının bıçaqlanması faktı ilə bağlı məlumat yayıb.  

Nazirlikdən Unikal.org-a verilən məlumatda bildirilir ki, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub.

Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …